İdman 13:53 04.07.2022

Kabo-Verde millisinin üzvü “Sumqayıt”da

2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” növbəti oyunçunu heyətinə cəlb edib.
 
Qaynarinfo xəbər verir ki, son olaraq Cənubi Afrika Respublikasının "Maritzburq Yunayted” klubunda çıxış etmiş Kabo-Verde millisinin üzvü Steven Pereira ilə 2+1 illik müqavilə imzalanıb. 28 yaşlı müdafiəçi Sumqayıt klubunda "5” nömrəli formada çıxış edəcək.

Hollandiya futbolunun yetirməsi olan Steven Pereira adıçəkilən ölkədə "Zvolle”, "Maastrixt” kimi klublarda çıxış edib. Pereira karyerası boyunca bu klublarla yanaşı Bolqarıstanın "ÇSKA” (Sofiya), Portuqaliyanın "Santa Klara”, "Akademiko Viseu” və "Oliveyrense” klublarının da uğurları üçün çalışıb.
 
O, Kabo-Verde millisinin heyətində 10 oyunda da iştirak edib.
 
Səbuhi Həsənov