İdman 10:09 04.07.2022

"Liverpul" portuqaliyalı gənc ulduzu transfer etdi

"Liverpul" "Fulhem"in gənc istedadı Fabio Karvalyonu transfer edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi 5,9 milyon avroya transfer olunub. Komandada 28 nömrəli formanı daşıyacaq Portuqaliyanın U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yeni transferlə bağlı açıqlamasında "O, meydanı tamamilə görə bilən istedadlı oyunçudur. O, həmişə özünə inamlıdır və çoxyönlü oyunçudur. Karvalyonun yaradıcılığı və dinamikası hücumda təhlükə yaradır" - sözlərini söyləyib.

19 yaşlı Carvalho, Darvin Nunes və Calvin Ramseydən sonra "Liverpul"un bu mövsüm üçüncü transferidir. Portuqaliyalı ötən mövsüm "Fulhem"in heyətində meydana çıxdığı 38 oyunda 11 qola, 8 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov