Dünya 15:33 04.07.2022

Lukaşenkodan Baydenə Putindən fərqli münasibət

Aleksandr Lukaşenko ölkə xalqı və şəxsən öz adından Amerika Birləşmiş Ştatları xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Belarus dövlət informasiya agentliyi BelTA Lukaşenkonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Bu bayramda mən bütün amerikalılara rifah səviyyəsindən və rəngindən asılı olmayaraq hamının başa düşdüyü və bütün insanları birləşdirən sadə şeylər - yalnız birlikdə səy göstərərsək mümkün olacaq cansağlığı, sülh, sabitlik və daha yaxşı gələcəyə inam arzulayıram”, - o deyib.

Lukaşenka Baydenə "Ailələri, cəmiyyətləri, bütöv qitələri parçalayan fikir ayrılıqlarını unutmağı və bugünkü çox narahatedici və təhlükəli vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvələri birləşdirməyi” təklif edib.

Xatırladaq ki, Kreml Rusiya prezidenti Vladimir Putinin "Vaşinqtonun qeyri-dost siyasətinin kulminasiya nöqtəsi” səbəbindən bu gün ABŞ rəhbərliyinə Müstəqillik Günü münasibətilə təbrik göndərməyəcəyini bildirib.

Rusiya 8 il ərzində Ukraynaya qarşı hibrid hərbi təcavüz edib və 24 fevral 2022-ci ildə genişmiqyaslı müharibəyə başlayıb. Rusiya Federasiyası Ukraynaya raket zərbələri endirmək üçün Belarus ərazisindən platforma kimi istifadə edir.
 
Alpər