Dünya 10:46 04.07.2022

Özbəkistan Qaraqalpaqıstanın suverenliyinin saxlanılması barədə qərar qəbul etdi

Özbəkistan parlamenti ölkə konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaqstanın suverenliyinin statusunun qorunub saxlanılması barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti Teleqram kanalında məlumat verilib.

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkə konstitusiyasına Qaraqalpaqıstanın suverenliyi baxımından dəyişiklik edilməməyi təklif edib. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Mirziyoyev Özbəkistanın konstitusiyasına dəyişikliklər layihəsinin ümumxalq müzakirəsindən sonra yekunlaşacağını bəyan edib. Nəticədə ölkə parlamenti ölkə konstitusiyasına dəyişikliklər layihəsinin müzakirəsinin 10 gün, yəni iyulun 15-dək uzadıldığını açıqlayıb.
 
Alpər