Dünya 14:49 04.07.2022

Putin Baydeni ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edəcəkmi?

Rusiya prezidenti Vladimir Putin bu il ABŞ prezidenti Co Baydeni və amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etməyəcək.

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Yox, bu il təbrik teleqramı göndərilməyəcək”, - o bildirib.

Onun sözlərinə görə, "bu onunla bağlıdır ki, bu il faktiki olaraq ABŞ-ın ölkəmizə qarşı qeyri-dost siyasətinin kuliminasiyasına çevrildi”.

Dmitri Peskovun sözlərinə görə, bu şərtlər daxilində belə bir təbrik mesajını çətin ki, məqsədəuyğun hesab etmək olar.
 
Alpər