Dünya 10:46 23.06.2022

Rusiya Ukraynanın daha iki yaşayış məntəqəsini işğal etdi

Rusiya silahlı qüvvələri Ukraynanın Lisiçansk və Severodonetsk şəhərlərinin cənubundakı Loskutivka və Ray-Oleksandrovka yaşayış məntəqələrini ələ keçirib.

Qaynarfino "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Luqansk qubernatoru Sergey Qayday məlumat verib.
 
Ukraynanın Lisiçansk və Severodonetsk şəhərlərinin cənubunda yerləşən Loskutivka və Ray-Oleksandrovka bölgədə Rusiya hücumunun əsas istiqamət mərkəzi idi.
 
S.Qayday bildirib ki, Ukrayna qüvvələri Severodonetsk və yaxınlıqdakı Zolote və Vovçoyrovka yaşayış məntəqələrinin müdafiəsini davam etdirir.

Nurlan Hüseynov