Dünya 10:56 04.07.2022

Rusiya Xarkovda orta məktəbə raket zərbələri endirdi (FOTO)

Bu gün səhər saatlarında işğalçılar Xarkovda məktəbə raket zərbəsi endiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov Telegram-da məlumat verib.

"Bu gün səhər saat 4-də rus işğalçıları Xarkovun Şevçenkovski rayonuna xain raket zərbəsi endiriblər. Hərbi terrorçular orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. İlkin məlumata görə gimnaziyada kimsə olmadığına görə zərərçəkən olmayıb”, - o deyib.

Sinequbov onu da qeyd edib ki, düşmən rayonu ərazisində 24 saat ərzində Xarkov, İzüm və Boqoduxovski rayonlarının şəhər və kəndlərinə zərbələr endirir. Atışma nəticəsində yaşayış binaları, kommunal qarajlar və digər tikililər dağılıb.

Xatırladaq ki, dünən Xarkov vilayətində səhər atəşi nəticəsində 3 nəfər həlak olub, bir nəfər yaralanıb.
 
Alpər