Dünya 15:02 04.07.2022

Türkiyə taxıl daşıyan rus gəmisini saxlayıbmı? - Kreml

Kremlin taxıl daşıyan Rusiya gəmisinin Türkiyədə saxlanması ilə bağlı məlumatı yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Daha əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar gəminin saxlandığını elan edib, onun sözlərinə görə, gəminin taleyi bazar ertəsi keçiriləcək iclasda həll olunacaq. Səfirin sözlərinə görə, indi o gəmi limanın girişinin qarşısında dayanır.

İyulun 3-də adının açıqlanmasını istəməyən Türkiyə gömrüyünün nümayəndəsi RİA Novosti-yə Rusiya tərəfinin icarəyə götürdüyü, Ukrayna taxılını daşıdığı iddia edilən gəminin saxlanıldığını təsdiqləyib. O əlavə edib ki, bu məsələ ilə bağlı aydın və konkret qərarlar verilməyib.

"Təəssüf ki, Kremldə bu məlumat yoxdur. Nəqliyyat Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə müraciət etməyi məqsədəuyğun hesab edirəm, çünki Türkiyə tərəfi, şübhəsiz ki, saxlanılma faktı olarsa, səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir", - Peskov suala cavabında deyib.

Bundan əvvəl Moskvada Rusiya Müdafiə Nazirliyi və Türkiyə nümayəndə heyətləri arasında Ukraynanın taxıl ixracı məsələsi ilə bağlı danışıqlar aparılıb. Ankara görüşün konstruktiv keçdiyini, irəliləyiş olduğunu, lakin texniki məsələlərin qaldığını bildirib. Qeyd olunub ki, Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş haqqında razılıq əldə olunub.
 
Alpər