Dünya 15:40 04.07.2022

UTX USU-dan casusluq edən rus agentlərini ifşa etdi (VİDEO)

Ukrayna Təhlükəsizlik Xidməti Qara dəniz regionlarının müdafiəsi ilə bağlı kəşfiyyat məlumatları toplayan Rusiya kəşfiyyat qrupunun zərərsizləşdirildiyini elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə UTX rəhbəri Artem Dextyarenko məlumat verib.

"Nikolayev vilayətində keçirilən xüsusi əməliyyat zamanı düşmənin çox gisli 3 agenti saxlanılıb”, - Dextyarenko deyib.

Onlar Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin döyüş mövqelərini və hərəkətini, həmçinin regionda mühüm strateji infrastruktur obyektlərinin geolokasiyasını öyrəniblər. Onlar cinayətkar əməllərini ört-basdır etmək üçün öz yaxınları olan yerli sakinlərdən xəbərçi kimi istifadə ediblər.

Qrup üzvləri aldıqları məlumatları mətn mesajları və koordinatları olan fotomateriallar vasitəsilə rus kuratorlarına ötürüblər. Bunun üçün əvvəlcədən işlənmiş anonim teleqram kanallarından istifadə edilib.

Ukrayna kəşfiyyat xidmətinin məlumatına görə, onlar kəşfiyyat məlumatı toplamaqla yanaşı, insanları işğalçılara dəstək verməyə təşviq edib və onların cinayətlərinə haqq qazandırıblar.
 
Alpər