İdman 15:40 04.07.2022

"Zirə" legioneri ilə yolları ayırdı

"Zirə" daha bir futbolçusu ilə yolları ayırıb.
 
Qaynarinfo xəbər verir ki, paytaxt klubu Ahmed Ayzaya ilə vidalaşıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
"Qartallar" nigeriyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Bu ilin fevralında "Zirə"yə qoşulan Ayzaya ilə 1,5 illik sözləşmə imzalamışdı.
 
Səbuhi Həsənov